“Sumqayıt” FK “Qarabağ”la qarşılaşıb
Misli Premyer Liqası, 3-cü tur
"Sumqayıt" - "Qarabağ" 0:1
31 avqust 2026. Saat 20:15. SOCAR Polymer Arena, 1350 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Eyyub İbrahimov
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Rüstəm Əhmədzadə, 77 (qeyri-idman hərəkəti) // Samuel Lobato, 25 (qeyriidman hərəkəti)
Qırmızı vərəqə: Kadi Borqes, 31 (təcavüzkar davranış)
Qol: Jali Muaddib, 45 (p.)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi (k) (20. Ayxan Süleymanlı, 88), 17. Nihad Əhmədzadə, 75. Nadir Orucov (21. Tiaqo Almeyda, 60), 9. Jeam Oliveyra, 4. İsa Suliman, 42. Sedrik Badolo, 10. Ronaldo Vaskez (7. Rüstəm Əhmədzadə, 60), 11. Aleksa Yankoviç (29. Emil Mustafayev, 76), 55. Lukas Blek, 5. Renan Santana (80. Keffel Resende, 76).
Ehtiyat oyunçular: 12. Aftandil Arixov, 34. Ülvi Abbaslı, 97. Vüsal Paşayev.
Baş məşqçi: Filipe Kandido.
“Qarabağ”: 99. Mateus Koxalski, 22. Musa Qurbanlı (21. Aleksey Kaşuk, 61), 20. Kadi Borqes (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 25. Cebrail Makreçkis, 19. Taofik İsmail (55. Bədavi Hüseynov, 80), 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 88. Samuel Lobato (8. Marko Yankoviç, 46), 4. Bense Varkonyi.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 10. Joni Montiel, 11. Reda Xadra, 33. Dieqo Rosa.
Baş məşqçi: Qurban Qurbanov
Misli Premyer Liqasında 3-cü tura yekun vurulub. "Sumqayıt" FK "SOCAR Polymer Arena"da "Qarabağ"la qarşılaşıb. Komandamız rəqibinə minimal hesabla məğlub olub (0:1). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Turan Tovuz"un qonağı olacaq. Sentyabrın 6-da Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.
Filipe Kandido ("Sumqayıt" FK-nın baş məşqçisi): “Təbii ki nəticədən razı qalmadım. Düşünürəm ki, rəqib azlıqda qalana qədər komandam yaxşı futbol göstərirdi. Lakin ondan sonra da bir neçə epizodumuz oldu. İkinci hissədə nəticəni dəyişməyə çalışdıq. Komandada buna istəyi gördüm. Razı qaldığım bir sıra məqamlar da oldu. Bura gəldiyim ilk gündən indiyə kimi oyun planında irəliləyiş hiss edirəm. Ümid edirəm ki komanda oyundan oyuna artıraraq istədiyimiz vəziyyətə gələcək”.