"Sumqayıt" FK "Qarabağ"la qarşılaşıb
Misli Premyer Liqası, 27-ci tur
"Sumqayıt" - "Qarabağ" 0:6
15 mart 2023. Saat 18:00. “Kapital Bank Arena”, 1300 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Rəhman İmami
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqə: Elvin Bədəlov, 78 (qeyri-idman hərəkəti)
Qollar: Leandro Andrade, 7, 49; Musa Qurbanlı, 12, 45+3; Abdullah Zubir, 21; Səbuhi Abdullazadə, 88 (ö.q.)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra (10. Vüsal İsgəndərli, 46), 9. Karim Abubakar, 22. Dieqo Karioka (23. Kamran Aliev, 59), 7. Terrens Tisdel, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə.
Baş məşqçi: Samir Abasov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda (k) (2. Qara Qarayev, 65), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 65), 9. Musa Qurbanlı (99. Redon Cica, 68), 29. Marko Veşoviç (90. Nəriman Axundzadə, 68), 10. Abdullah Zubir, 81. Kevin Medina (4. Rahil Məmmədov, 46), 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 18. İsmayıl İbrahimli.
Baş məşqçi: Qurban Qurbanov
Misli Premyer Liqasında 27-ci tura start verilib. "Sumqayıt" FK bu tur "Kapital Bank Arena"da "Qarabağ"ı qəbul edib. Komandamız 0:6 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Turan Tovuz"un qonağı olacaq. Martın 31-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 15:30-da start veriləcək.