“Sumqayıt” FK Mamadi Banqre ilə müqavilə imzalayıb
11 Sentyabr 2026
2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komandamız son olaraq Fransanın “Qrenobl” klubunda çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə imzalayıb. 25 yaşlı vinger “11” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Mamadi Banqre Fransanın “Tuluza” komandasının yetirməsidir. O, karyerası ərzində “Tuluza” ilə yanaşı “Trua”, “Pau”, “Qrenobl” kimi komandaların şərəfini qoruyub. Banqre həmçinin vətəni olan Burkina Faso millisində 9 oyun keçirib.