"Sumqayıt" FK səfərdə "Kəpəz"lə heç-heçə edib
Misli Premyer Liqası, 6-cı tur
"Kəpəz" - "Sumqayıt" 1:1
20 sentyabr 2026. Saat 19:00. Gəncə şəhər stadionu, 14500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Zeynal Zeynalov
Dördüncü hakim: Ruslan Quliyev
VAR: Fərid Hacıyev
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Desmond Akua, 26 (qeyri-idman hərəkəti) // Ronaldo Vaskez, 77 (oyunun bərpasının ləngidilməsi); Nihad Əhmədzadə, 81 (qeyri-idman hərəkəti); Keffel Resende, 90 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Filipe Kandido, 81 (hakimin qərarına etiraz); Vurğun Hüseynov, 90 (hakimin qərarına etiraz)
Qollar: Kennet Kalunqa, 87 // Mamadi Banqre, 35
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Kəpəz”: 1. Rojerio Santos, 34. Urfan Abbasov (k) (20. Rafael Məhərrəmli, 59), 7. Namik Ələskərov (33. Blessinq Olabiran, 46), 9. Kennet Kalunqa, 21. Azuma Abubakar, 66. David Domqjoni, 11. Viktor Stina, 3. Mahamadu Ba (10. Rəhman Hacıyev, 79), 14. Adama Fofana, 4. Mate Abuladze, 27. Desmond Akua (99. Əli Səmədov, 46) (8. Şakir Seyidov , 59).
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 81. Elgün Bayramov, 6. Vadim Abdullayev, 5. Hüseyn Babayev, 17. Ümid Səmədov, 19. Fərid Kələntərov, 70. Şahnur İsmayılov.
Baş məşqçi: Azər Məmmədov
“Sumqayıt”: 16. Marko Yohanson, 29. Emil Mustafayev (17. Nihad Əhmədzadə, 75), 9. Jeam Oliveyra (7. Rüstəm Əhmədzadə, 65), 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskez (97. Vüsal Paşayev, 83), 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre (27. İmani Barker, 83), 21. Tiaqo Almeyda, 5. Renan Santana.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 20. Ayxan Süleymanlı, 75. Nadir Orucov.
Baş məşqçi: Filipe Kandido
Misli Premyer Liqasında 6-cı tura yekun vurulub. "Sumqayıt" FK bu tur səfərdə "Kəpəz"lə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qəbələ"ni qəbul edəcək. Oktyabrın 10-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:30-da start veriləcək.
Filipe Kandido ("Sumqayıt" FK-nın baş məşqçisi): “Oyun haqda danışmazdan öncə bir şeyi vurğulamaq istəyirəm. Bura Azərbaycandakı ən gözəl stadionlardan biridir. Əsl futbol atmosferi var idi. Lakin oyunun gedişində kənardan bir neçə dəfə sırf hakim fitinə bənzəyən fitdən istifadə edildi ki, bu da futbolçuların hücum fazasında oyunu pauza etməsinə səbəb oldu. Düşünürəm ki, bu hal nəinki komandalara, ümumiyyətlə futbola olan hörmətsizlikdir. Biz əgər futbolun, liqanın inkişafını görmək istəyiriksə, futbola hörmət etməliyik.
Komandamın inkişafda olduğunu demək olar ki hər tur sezmək olur. Belə atmosferdə oynamaq asan deyildi. Rəqib də güclü və təhlükəli kollektivlərdən biri idi. Düşünürəm ki, komandam həm müdafiə, həm də hücum planında normal çıxış etdi. İlk hissədə rəqibin verdiyi boşluqlardan faydalanıb qol vurduq. İkinci hissədə topu özümüzdə daha çox saxlamağa çalışdıq. Rəqibin qoluna qədər bir neçə şansımız da oldu. Nəticəyə görə məyusam. Bu oyunda komandam bir xaldan artığını haqq edirdi. Milli fasilədən mümkün qədər yaxşı istifadə edib, çempionatın qalan hissəsinə daha güclü hazırlaşmağa çalışacağıq".