×
☰

"Sumqayıt" FK mövsümün ilk qələbəsini qazanıb

10 Oktyabr 2026

Misli Premyer Liqası, 7-ci tur

"Sumqayıt" - "Qəbələ" 4:1

10 oktyabr 2026. Saat 19:30. SOCAR Polymer Arena, 1000 tamaşaçı

Baş hakim: Kamranbəy Rəhimov

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Kərim Zeynalov

Dördüncü hakim: Murad Səlimov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Sarı vərəqələr: Renan Santana, 13 (qeyri-idman hərəkəti); Sedrik Badolo, 62 (qeyri-idman hərəkəti); Lukas Blek, 63 (qeyri-idman hərəkəti) // İsmael Akinade, 28 (qeyri-idman hərəkəti); Şahin Şahniyarov, 83 (qeyri-idman hərəkəti)

Qollar: Mamadi Banqre, 6; İsa Suliman, 9; Ronaldo Vaskez, 29; Lukas Blek, 68 // Şahin Şahniyarov, 25

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.

 

“Sumqayıt”: 16. Marko Yohanson, 29. Emil Mustafayev, 9. Jeam Oliveyra (7. Rüstəm Əhmədzadə, 22), 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskez (17. Nihad Əhmədzadə, 78), 80. Keffel Resende, 55. Lukas Blek (19. Roi Kehat, 78), 11. Mamadi Banqre (75. Nadir Orucov, 90), 21. Tiaqo Almeyda, 5. Renan Santana (20. Ayxan Süleymanlı, 90).

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 97. Vüsal Paşayev, 27. İmani Barker, 71. Masaki Murata.

Baş məşqçi: Filipe Kandido

 

“Qəbələ”: 1. Səlahət Ağayev (k), 4. Elvin Camalov, 22. Fərid İsgəndərov (8. Endri Çekici, 46), 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 9. Karim Rossi (23. Rafael Utziq, 66), 12. Kouya Mabea (66. Nuğay Rəşidov, 86), 16. İsaak Amoah, 5. Natan Monzanqo (3. Edson Eduardo, 78), 80. Meşak Uboçioma (7. Bruno Silva, 78).

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov.

Baş məşqçi: Yeton Bekiri

 

Misli Premyer Liqasında 7-ci turun qarşılaşmaları baş tutub. "Sumqayıt" FK bu tur doğma meydanda "Qəbələ" ilə üz-üzə gəlib. Komandamız rəqibi üzərində 4:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Araz-Naxçıvan"ı qəbul edəcək. Oktyabrın 16-da "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Filipe Kandido ("Sumqayıt" FK-nın baş məşqçisi): "Hesab da aydın göstərir ki, biz bu gün qələbəni tam haqq etdik. Komandam matça ilk dəqiqələrdən çox yaxşı başladı, hücumda imkanlar yaratdıq və erkən qollar vurduq. 2:0 hesablı üstünlükdən sonra rəqib fərqi azaltsa da, dərhal reaksiya verərək 3-cü qolu vurduq. İlk yarıda oyuna tam nəzarət edərək fasiləyə 3:1 öndə yollandıq. Açığı, ikinci hissədəki oyunumuz o qədər də xoşuma gəlmədi. Futbolçular uzun müddətdir qələbə qazanmırdılar, ona görə də hesabı qorumaq üçün istər-istəməz müdafiəyə çəkildilər. Lakin 4-cü qolu vuraraq matçı rahat bitirdik. Xüsusilə milli oyunlar üçün yaranan fasilədə 15 gün ərzində heyətlə çox ağır və gərgin məşq prosesi keçmişdik. Qələbəyə görə həm özüm, həm də əziyyəti keçən futbolçularım adına çox şadam”.