"Sumqayıt" FK Azərbaycan Kubokunda 1/8 finala yüksəlib
Azərbaycan Kuboku, II təsnifat mərhələsi
"Kür-Araz" - "Sumqayıt" 0:11
27 oktyabr 2026. Saat 17:00. “SOCAR Polymer Arena”, 600 tamaşaçı
Baş hakim: Niyaz Əhmədov
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Məmmədəli Kərimov
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Hüseyn Abdullayev, 55 (qeyri-idman hərəkəti); Mirabbas Mirbabayev, 87 (qeyri-idman hərəkəti); Museyib Vəlizadə, 89 (qeyri-idman hərəkəti) // Nihad Əhmədzadə, 8 (qeyri-idman hərəkəti); Renan Santana, 89 (qeyri-idman hərəkəti)
Qollar: Ayxan Süleymanlı, 3, 35; Nadir Orucov, 13; Nihad Əhmədzadə, 28, 47, 56; Roi Kehat, 42; Sedrik Badolo, 65; Ronaldo Vaskez, 78; Emil Mustafayev, 81; Nihad Orucəli, 84 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - yoxdur.
“Kür-Araz”: 12. Elçin Əliyev, 5. Mirabbas Mirbabayev, 2. Ağasən Əsgərov (4. İbrahim Əliyev, 83), 9. Elxan Məmmədov, 10. Bayram Əliyev (k), 44. Kamal Həsən-pur (16. Əli İbrahimli, 60), 14. Tahir Zeynalov, 77. Museyib Vəlizadə, 6. Həmzə Əliyev, 19. Hüseyn Abdullayev, 22. Ramin Ağayev.
Ehtiyat oyunçular:
Məşqçi: Səfər Atakişiyev
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 20. Ayxan Süleymanlı, 17. Nihad Əhmədzadə (37. Nihad Orucəli, 60), 75. Nadir Orucov (11. Mamadi Banqre, 68), 97. Vüsal Paşayev (10. Ronaldo Vaskez, 68), 23. Rüfət Əhmədov, 19. Roi Kehat (k) (29. Emil Mustafayev, 76), 42. Sedrik Badolo, 27. İmani Barker, 5. Renan Santana (55. Lukas Blek, 76).
Ehtiyat oyunçular: 16. Marko Yohanson, 12. Aftandil Arixov, 4. İsa Suliman, 80. Keffel Resende, 21. Tiaqo Almeyda.
Baş məşqçi: Filipe Kandido
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyunları keçirilib. "Sumqayıt" FK qeyd olunan mərhələdə "Kür-Araz" ilə qarşılaşıb. Komandamız 11:0 hesabı ilə qələbə qazanaraq turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, komandamız 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq. Mərhələnin oyunları 2-3 dekabr tarixlərində keçiriləcək.