"Sumqayıt" FK "Şəfa" ilə heç-heçə edib
Misli Premyer Liqası, 10-cu tur
"Sumqayıt" - "Şəfa" 1:1
2 noyabr 2026. Saat 19:00. “SOCAR Polymer Arena”, 1300 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Tərlan Talıbzadə
Dördüncü hakim: Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Törə Əhmədova
Sarı vərəqələr: İsa Suliman, 20 (qeyri-idman hərəkəti); Tiaqo Almeyda, 59 (qeyri-idman hərəkəti); Keffel Resende, 67 (qeyri-idman hərəkəti) // Musa Quel, 22 (qeyri-idman hərəkəti); İsmayıl Zülfüqarlı, 60 (qeyri-idman hərəkəti); Vüsal Qənbərov, oyundan sonra (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Rauf Əliyev (“Şəfa”) , 40 (hakimin qərarına etiraz); Əyyub Əliyev (“Şəfa”) , 40 (hakimin qərarına etiraz)
Qollar: Ronaldo Vaskez, 71 // Musa Quel, 31
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
“Sumqayıt”: 16. Marko Yohanson, 17. Nihad Əhmədzadə (75. Nadir Orucov, 82), 19. Roi Kehat (29. Emil Mustafayev, 66), 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskez, 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre, 21. Tiaqo Almeyda (20. Ayxan Süleymanlı, 82), 5. Renan Santana.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 3. Höccət Haqverdi, 97. Vüsal Paşayev, 23. Rüfət Əhmədov, 37. Nihad Orucəli, 27. İmani Barker.
Baş məşqçi: Filipe Kandido
“Şəfa”: 97. Tiaqo Silva, 42. Elnur Cəfərov (k) (29. Vüsal Qənbərov, 75), 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 6. Fərid Yusifli (8. Vlad Pop, 75), 18. Bafode Dansoko (23. Nahid Əliyev, 87), 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 9. Luis Felipe (77. Elmar Məmmədov, 87).
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 28. Murad Musayev, 55. Rauf Hüseynli, 22. Umar Diav, 34. Kristofer Mamenqi.
Baş məşqçi: Zaur Həşimov
Misli Premyer Liqasında 10-cu tura yekun vurulub. "Sumqayıt" FK bu tur "SOCAR Polymer Arena"da "Şəfa"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "İmişli"nin qonağı olacaq. Noyabrın 8-də Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 15:00-da start veriləcək.
Filipe Kandido ("Sumqayıt" FK-nın baş məşqçisi): “Nəticə ilə barışmalıyıq. Bilirdik ki, çətin oyun olacaq. Bu gün yaxşı oynamadıq. İlk 10-15 dəqiqədə yaxşı idik. Lakin bundan sonra çoxlu top itkilərinə yol verdik. Bu isə rəqib üçün üstünlük oldu. Onlar ilk yarını öndə bitirməyə layiq idilər. İkinci hissədə bəzi şeyləri dəyişməyə çalışdıq. Düşünürəm ki, bunu bacardıq. Bərabərlik qolunu da vurduq. Bir neçə qol epizodumuz var idi. Bəzi məqamlarda bəxt yanımızda olmadı. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyildi. Amma bununla barışmalıyıq”.