"Sumqayıt" FK səfərdə "İmişli" ilə heç-heçə edib
Misli Premyer Liqası, 11-ci tur
"İmişli" - "Sumqayıt" 0:0
8 noyabr 2026. Saat 15:00. Yevlax şəhər stadionu, 200 tamaşaçı
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Müslüm Əliyev
Dördüncü hakim: Namiq Bəkirov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Ronaldo de Souza, 15 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.
“İmişli”: 1. Yusif İmanov, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 17. Seyxan Fərəcov (9. Dioqo Almeyda, 70), 70. Mehdi Tahirov, 13. Rafael Vieqaş, 21. Ronaldo de Souza, 6. Yau Mozes, 23. Dioqo Rollo, 7. Luis Silvestr, 8. Xuan Hernandes (10. Dioqo Kardozu, 46).
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 77. Fərid Nəbiyev, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 30. Xəlil Mürsəlli, 42. Sebai Senin.
Məşqçi: Ervins Perkons
“Sumqayıt”: 16. Marko Yohanson, 29. Emil Mustafayev (19. Roi Kehat, 86), 17. Nihad Əhmədzadə (27. İmani Barker, 80), 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskez, 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre (75. Nadir Orucov, 86), 21. Tiaqo Almeyda, 5. Renan Santana (20. Ayxan Süleymanlı, 46).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 3. Höccət Haqverdi, 97. Vüsal Paşayev, 23. Rüfət Əhmədov, 37. Nihad Orucəli.
Baş məşqçi: Filipe Kandido
Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "İmişli" ilə qarşılaşıb. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0). Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Sabah"ı qəbul edəcək. Noyabrın 20-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.
Filipe Kandido ("Sumqayıt" FK-nın baş məşqçisi): “Təxminən bilirdim ki, balanslı oyun olacaq. Çünki indiyə qədər yalnız “Neftçi” və “Qarabağ” burada bu komandaya qalib gələ bilib. Turnir cədvəli baxımından da bizim üçün vacib oyun idi. Biz rəqibdən yaxşı oynadıq. Amma bu, qələbə üçün bəs etmədi. 90 dəqiqə ərzində daha yaxşı qol vəziyyətləri yarada bilərdik. Asan deyildi. Rəqib kompakt müdafiə olunursa, çətindir. “İmişli”nin də əks-hücumlarda imkanları oldu. İlk dəfə idi ki, qol buraxmadıq. Amma məşqçi olaraq, istəyirdim ki, qələbə qazanaq. İkinci hissədə qol vurduq. Çox cüzi fərqlə oyundankənar vəziyyət qeydə alındı. Son 8 oyunda sadəcə “Zirə”yə uduzmuşuq. Amma oyunumuzu inkişaf etdirməliyik. Milli fasilədən maksimum yararlanmağa çalışacağıq”.