×

"Sumqayıt" FK səfərdə "Qarabağ" üzərində qələbə qazanıb

22 May 2023

Misli Premyer Liqası, 35-ci tur

"Qarabağ" - "Sumqayıt" 1:2

22 may 2023. Saat 16:30. “Azersun Arena”, 600 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Teymur Teymurov
Dördüncü hakim: Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Bədavi Hüseynov, 32 (qeyri-idman hərəkəti); Ramil Şeydayev, 73 (qeyri-idman hərəkəti) // Stiven Pereyra, 55 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 80 (qeyri-idman hərəkəti)
Qollar: Riçard Almeyda, 89 // Vüsal İsgəndərli, 33 (p.); Səbuhi Abdullazadə, 39
Qolla nəticələnməyən penalti: Ramil Şeydayev, 81
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

 

“Qarabağ”: 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (20. Riçard Almeyda, 75), 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli (15. Leandro Andrade, 69), 27. Toral Bayramov (44. Elvin Cəfərquliyev, 69) 9. Musa Qurbanlı, 90. Nəriman Axundzadə (87. Adama Diakabi, 68), 99. Redon Cica (10. Abdullah Zubir, 69).

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 81. Kevin Medina, 8. Marko Yankoviç,6. Julio Romao.

Baş məşqçi: Qurban Qurbanov

 

 

“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli (21. Nihad Əhmədzadə, 90+4), 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov (20. Ayxan Süleymanlı, 83), 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 23. Kamran Aliev, 12. Todor Todoroski.

 

Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 22. Dieqo Karioka, 7. Terrens Tisdel.

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 35-ci turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Qarabağ"la qarşılaşıb. Komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK Premyer Liqanın sonuncu turunda "Zirə"ni qəbul edəcək

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Komandamı təbrik edirəm. Paralel olaraq oyunlar gedirdi. Öz oyunumuz qədər digər matçlar da vacib idi. Digər oyunlardakı nəticələr də bizi liqada saxlaya bilərdi. Amma xoş olan odur ki, "Qarabağ"ı məğlub etməklə öz hesabımıza Premyer Liqada qaldıq. O biri komandalara ümid etmədik. Futbolçularımı, azarkeşlərimizi təbrik edirəm. Bir oyunumuz qalıb, ona da hazırlaşacağıq. Həmin matçı keçirib daha sonra planlarımızı quracağıq. Əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Bura gələndə də qarşımıza məhz bu məqsəd qoyulmuşdu. Allaha şükürlər olsun ki, öhdəsindən gəldik".