×

“Sumqayıt” FK Mehdi Cənnətovla müqavilə imzalayıb

5 İyun 2023

2023/24 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” FK ilk futbolçu keçidini reallaşdırıb. Komandamız son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovla 3 illik müqavilə imzalayıb.


Qeyd edək ki, 2017-2020-ci illərdə də komandamızın şərəfini qorumuş Cənnətov həmin müddət ərzində 63 oyun keçirib. Milli komandamızda 1 matçda iştirak etmiş 31 yaşlı qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub.