×

"Sumqayıt" FK Antalyada ilk məşqini keçirib

6 Yanvar 2023

Premyer Liqanın 2-ci yarısı üçün Antalyaya təlim-məşq toplanışına yollanan "Sumqayıt" FK artıq bu gün ilk məşqini keçirib. Komandamız yerli vaxtla saat 17:00-da baş məşqçi Samir Abasovun rəhbərliyi altında məşqə çıxıb. Təxminən 1.5 saat davam edən hazırlıq prosesi əsasən yüngül isinmə hərəkəti və müxtəlif toplu çalışmalar icra edilib.