×

Elvin Bədəlovla 2 illik müqavilə imzalanıb

9 İyun 2023

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK Elvin Bədəlovla yeni müqavilə imzalayıb. 27 yaşlı müdafiəçi ilə 2 illik anlaşma əldə olunub.


Qeyd edək ki, 2019-cu ildən komandamızın şərəfini qoruyan Elvin Bədəlov ümümilikdə 84 oyunda meydana çıxıb. Elvin həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və "A" millilərinin uğurları üçün çalışıb.