Anar Niftəliyev "Sumqayıt" FK-nın qapıçılar üzrə məşqçisi təyin olunub
9 İyun 2023
"Sumqayıt" Futbol Klubunun əsas komandasının məşqçilər korpusunda yeni təyinat reallaşıb. Belə ki, Anar Niftəliyev növbəti mövsümdən etibarən komandamızın qapıçılar üzrə məşqçisi funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, Niftəliyev daha öncə "Zirə" və "Şamaxı" klublarında da çalışıb.