“Sumqayıt” FK Murad Xaçayevlə yeni müqavilə imzalayıb
20 İyun 2023
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə müqaviləni yeniləyib. Yarımmüdafiəçimiz Murad Xaçayevlə 2 illik anlaşma əldə olunub.
Qeyd edək ki, Murad Xaçayev 2018-ci ildən “Sumqayıt” FK-nın futbolçusudur. Bu müddət ərzində 84 qarşılaşmada meydana çıxan 25 yaşlı yarımmüdafiəçi 6 dəfə rəqib qapılarına yol tapıb.