“Sumqayıt” FK-nın U-11 və U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
22 İyun 2023
“Sumqayıt” Futbol Akademiyasının U-11 və U-14 komandaları Türkiyədə keçiriləcək “International Maxwell Cup” beynəlxalq turnirində çıxış edəcək. Turnir 22-25 iyun tarixləri arasında Yalova şəhərində baş tutacaq. Qeyd edək ki, yarışda Türkiyənin dörd böyük klubları – “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş”, “Trabzonspor”un akademiyaları ilə yanaşı 90-a yaxın komanda eləcə də İtaliya, Almaniya, Bolqarıstan kimi ölkələrin təmsilçiləri iştirak edəcək.