×

“Sumqayıt” FK yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirəcək

14 İyul 2023

“Sumqayıt” FK 2023/24 mövsümü üçün hazırlıqlarını davam etdirir. 

 

İyunun 26-dan etibarən baş məşqçi Samir Abasovun rəhbərliyi ilə çalışmalara start verən komandamız təlim-məşq toplanışı üçün iyulun 16-da Türkiyəyə yollanacaq. 

 

Qeyd edək ki, “Sumqayıt” FK 16-27 iyul tarixlərində Ərzurum şəhərinin “Dedeman” hotelində məskunlaşacaq.

 

Komandamızın yoxlama oyunları və matçların keçirilmə tarixi ilə bağlı klubumuzun rəsmi media hesablarından məlumat veriləcək.