“Sumqayıt” FK ilk yoxlama oyununda “Radnik” üzərində qələbə qazanıb
13 Yanvar 2023
Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Sumqayıt” FK bu gün ilk yoxlama oyununu keçirib. Komandamız yerli vaxtla saat 16:00-da “Topkapı” hotelinin stadionunda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb. Samir Abasovun yetirmələri 2:1 hesabı ilə qələbə qazanıb. Oyunda hər iki qolumuzun müəllifi Süleyman Əhmədov olub.