"Sumqayıt" yoxlama oyununda MOİK-ə qalib gəlib
13 Avqust 2023
Misli Premyer Liqasının 2-ci turunda "Sabah"la keçirilməli olan oyun təxirə salındığı üçün yoxlama matçında MOİK-lə qarşılaşan "Sumqayıt" Futbol Klubu rəqibinə 6:1 hesabı ilə qalib gəlib.
"Kapital Bank Arena"da keçirilən qarşılaşmada komandamızın heyətində Erik Sorqa het-trik edibsə, digər qolları Roi Kehat, Rövlan Muradov və Kamran Əliyev vurub.