×

"Sumqayıt" FK məğlubiyyətsiz irəliləyir

20 Avqust 2023

Misli Premyer Liqası, 3-cü tur

19 avqust 2023. Saat 18:00. Qəbələ şəhər stadionu, 800 tamaşaçı
Baş hakim:
 Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Rəhman İmami
Dördüncü hakim: Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Mehrac Baxşalı, 90 (qeyri-idman hərəkəti) // Oktavio Manteka, 90+2 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rasim Ramaldanov (“Qəbələ”), 90 (hakimin qərarına etiraz)
Qollar: Osama Xalayla, 53 // İsa Suliman, 3; Kamran Aliev, 31
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

 

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov (5. Rauf Hüseynli, 36), 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov (8. Gilad Abramov, 76), 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş (18. Mehrac Baxşalı, 76), 72. Osama Xalayla, 17. Yaovi Akakpo (10. Omar Hani, 64).

 

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava

 

Baş məşqçi: Elmar Baxşıyev

 

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (6. Vüqar Mustafayev, 62), 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Aliev (20. Ayxan Süleymanlı, 62), 9. Erik Sorqa (21. Nihad Əhmədzadə, 83), 71. Masaki Murata (60. Tresor Mossi, 71).

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 41. Uğur Cahangirov

Baş məşqçi: Samir Abasov

 

 

Misli Premyer Liqasında 3-cü turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur səfərdə "Qəbələ" ilə qarşılaşıb. Samir Abasovun yetirmələri rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Araz Naxçıvan"ın qonağı olacaq. 25 avqust tarixində "Dalğa Arena"da keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək. 

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Səfər matçının gərgin keçəcəyini bilirdik. Qəbələdə oyuna adaptasiya olunmaq çətindi. Yüksəklik səbəbindən nəfəs çatışmazlığı, boğulma olur. Hesab başqa cür də ola bilərdi. Fasilədən sonra çox fədakarlıq göstərməli olduq. Erkən qol yaxşıdır, amma mənfi tərəfi də odur ki, rəqib konsentrasiyanı artırır və ayılır. Çox çətin oldu. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Ötən mövsüm müəyyən mənfi seriyamız olsa da, bu dəfə yaxşı başlamışıq. Xoşdur ki, səfərdən yaxşı əhvalda qayıdırıq".