×

"Kəhriz" suları ilə “Sumqayıt” Futbol Klubu arasında müqavilə imzalanıb

23 Avqust 2023

Bu gün “Sumqayıt” FK ilə “İkar Qrup” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

“Kapital Bank Arena”nın konfrans zalında baş tutan tədbirdə “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev və “İkar Qrup” MMC-nin rəhbəri Məzahir Abdullayev iştirak edib.

 

Müqaviləyə əsasən, "İkar Qrup" MMC-nin istehsal etdiyi "Kəhriz" brendi qarşıdakı 2 mövsüm ərzində “Sumqayıt” FK-nın əsas su təminatıçısı olacaq.