"Sumqayıt" FK "Krılya Sovetov"la yoxlama oyunu keçirib
17 Yanvar 2023
Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" FK bu gün qardaş ölkədə son yoxlama oyununu keçirib. Komandamız Rusiya Premyer Liqası təmsilçisi "Krılya Sovetov"la qarşılaşıb. "Titanic Mardan" hotelinin meydançasında keçirilən matçın son dəqiqələrində buraxdığımız qolla rəqib minimal hesablı qələbə qazanıb.
Beləliklə, "Sumqayıt" FK-nın Antalya toplanışı başa çatıb. Komandamız sabah Vətənə qayıdacaq.
Yoxlama oyunu
"Sumqayıt" - "Krılya Sovetov" 0:1