×

"Sumqayıt" FK Azərbaycan Kubokunda 1/8 finala yüksəlib

29 Noyabr 2023

Azərbaycan Kuboku, II təsnifat mərhələsi

"Lerik" - "Sumqayıt" 0:6
29 noyabr 2023. Saat 18:00. “Kapital Bank Arena”. 300 tamaşaçı

Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Orxan İbişov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqə: yoxdur
Qırmızı vərəqə: Rahid Ağazadə, 23 (təcavüzkar davranış)  
Qollar: 
Rövlan Muradov, 19; Sənan Muradlı, 41; Erik Sorqa, 54; Kamran Quliyev, 68, 80; Nihad Əhmədzadə, 77 (p.)  
Artırılan vaxt: I hissədə 7 dəq; II hissədə yoxdur.

 

“Lerik”: 12. Hafiz Məmmədli, 3. Əflatun Məmmədov (21. Nicat Səfərov, 58), 5. Feyruz Bağıyev, 17. Fahil Dostiyev (14. Məhəmməd Məmmədzadə, 88), 6. Mətin Əbilsoy (4. Vusal Nuriyev, 46), 42. Valid Yusubzadə, 7. Kamran Abdullazadə (k), 22. Namiq Salayev, 16. Balarza Qədirli, 20. Rahid Ağazadə,11. Rəvan Quluzadə.

Ehtiyat oyunçular: 
1. Ayaz Məmmədli, 10. Nurlan Əmirzadə, 15. Rəsul Məmmədov.

 

Baş məşqçi:  Vidadi Hüseynov

 

“Sumqayıt”: 15. Orxan Sadıqlı, 14. Elvin Bədəlov (k) (17. Murad Xaçayev, 46), 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə (71. Masaki Murata, 46), 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka (10. Kamran Aliev, 60), 18. Kristian Velinovski (16. Tural Axverdiyev, 28), 60. Tresor Mossi (9. Erik Sorqa, 46).

 

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 19. Roi Kehat, 12. Abu Dosso.

Baş məşqçi: Samir Abasov

 

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunları keçirilib. "Sumqayıt" FK bu mərhələdə "Lerik"lə qarşılaşıb. Samir Abasovun yetirmələri rəqibi üzərində 6:0 hesablı qələbə qazanaraq 1/8 final mərhələsinə yüksəlib. Qeyd edək ki, bu mərhələdə Yevlaxın "Karvan" kollektivi ilə qarşılaşacaq.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bu gün həm oyun, həm də matçın hesabı ikinci planda qaldı. Velinovskinin ağır zədə alması bizi çox üzdü. Oyun boyu onu fikirləşmişik. Bəlkə də hansı hesabla qalib gəldiyimizi belə unutmuşduq. Qarşılaşma bitən kimi uşaqlar xəstəxanaya komanda yoldaşlarının yanına getdi. Ümidvaram ki, zədəsi göründüyü kimi ağır olmaz. "Lerik" rəhbərliyinə də xahişimizi yerə salmayıb, matçın Sumqayıtda keçirilməsinə razılıq verdiyi üçün təşəkkür edirəm. Onlara gələcək oyunlarında uğurlar arzulayıram".