×

"Sumqayıt" FK səfərdə "Turan Tovuz"la heç-heçə edib

2 Dekabr 2023

Misli Premyer Liqası, 15-ci tur

"Turan Tovuz" - "Sumqayıt" 2:2

2 dekabr 2023. Saat 18:30. Tovuz şəhər stadionu, 4000 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Asiman Əzizli
Dördüncü hakim: Emin Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Roderik Miller, 34 (hakimin qərarına etiraz); Budaq Nəsirov, 66 (qeyri-idman hərəkəti); Faiq Hacıyev, 74 (qeyri-idman hərəkəti); Luis Paçu, 77 (qeyri-idman hərəkəti); Emmanuel Hakman, oyundan sonra (qeyri-idman hərəkəti) // Murad Xaçayev, 90+5 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, oyundan sonra (qeyri-idman hərəkəti)
Qollar: Luis Paçu, 49; Otto Con, 53 // Elvin Bədəlov, 6; Roi Kehat, 36
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

 

“Turan Tovuz”: 85. Kamal Bayramov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev (10. Xəyal Nəcəfov, 74), 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano (11. Ayxan Quseynov, 46) (39. Sadiq Quliyev, 87), 15. Emmanuel Hakman, 7. Luis Paçu (79. Martin Petkov, 79), 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi (80. Otto Con, 46).

 

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev.

 

Baş məşqçi: Ayxan Abbasov

 

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Aliev (21. Nihad Əhmədzadə, 90+3), 9. Erik Sorqa, 71. Masaki Murata (58. Oktavio Manteka, 61), 60. Tresor Mossi.

 

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 35. Sənan Muradlı.

Məşqçi: Mübariz Orucov

 

Misli Premyer Liqasında 15-ci turun oyunları keçirilib. "Sumqayıt" bu tur səfərdə "Turan Tovuz"la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Qarabağ"ı qəbul edəcək. Dekabrın 8-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 19:30-da start veriləcək.

 

Mübariz Orucov ("Sumqayıt" FK-nın məşqçisi): "Zədəli oyunçularımız var deyə, rotasiyalar edə bilmirik. Bəzi oyunçularımıza çox güc düşür. Uzun səfər idi, yol amili də var idi. Bütün çətinliklərə baxmayaraq, ikinci hissənin ilk 10 dəqiqəsini çıxmaq şərtilə komanda yaxşı oynadı. Rəqibin də təzyiqi oldu. Diqqətsizlikdən iki qol buraxdıq. Amma sonradan yenidən toparlandıq. Komandadan razı qaldıq. Düzdür, qələbə qazanmaq istəyirdik, amma əlimizdən çıxdı".