"Sumqayıt" FK "Qarabağ"la qarşılaşıb
Misli Premyer Liqası, 16-cı tur
"Sumqayıt" - "Qarabağ" 1:6
8 dekabr 2023. Saat 19:30. “Kapital Bank Arena”, 1300 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Teymur Teymurov
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqə: Tresor Mossi, 85 (qeyri-idman hərəkəti)
Qollar: Erik Sorqa, 43 // Leandro Andrade, 21, 73; Olavio Juninyo, 29; Abdullah Zubir, 34; Yassin Benzia, 58; Hamidu Keyta, 86
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (35. Sənan Muradlı, 86), 12. Abu Dosso, 10. Kamran Aliev (21. Nihad Əhmədzadə, 76), 9. Erik Sorqa (30. Kamran Quliyev, 61), 71. Masaki Murata 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 20. Ayxan Süleymanlı, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka.
Məşqçi: Mübariz Orucov
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k) (5. Maksim Medvedev, 71), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç (7. Yassin Benzia, 41), 10. Abdullah Zubir (2. Mateus Silva, 71), 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao (66. Patrik Andrade, 71), 15. Leandro Andrade (17. Hamidu Keyta, 79).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov
Misli Premyer Liqasında 16-cı turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur "Qarabağ"ı qəbul edib. Komandamız 1:6 hesabı ilə məğlub olub. Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Kəpəz"in qonağı olacaq. Dekabrın 14-də Tovuz Şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 15:30-da start veriləcək.
Mübariz Orucov ("Sumqayıt" FK-nın məşqçisi): "Zədəlilərimiz oldu. Bəzi oyunçular yad mövqelərdə oynayırlar. Bu sarıdan çətinliklərimiz var. Növbəti iki oyunda toparlanıb, əlimizdən gələni edəcəyik ki, mövsümün ilk yarısını yüksək pillələrdə başa vura bilək".