×

"Sumqayıt" FK səfərdə "Kəpəz"lə heç-heçə edib

14 Dekabr 2023

Misli Premyer Liqası, 17-ci tur

"Kəpəz" - "Sumqayıt" 1:1

14 dekabr 2023. Saat 15:30. Tovuz şəhər stadionu, 500 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Cəmil Quliyev
Dördüncü hakim: Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Şakir Seyidov, 31 (qeyri-idman hərəkəti) // Ayxan Süleymanlı, 61 (qeyri-idman hərəkəti); Tresor Mossi, 83 (qeyri-idman hərəkəti)
Qollar: Georgi Papunaşvili, 43 // Roi Kehat, 20
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 3 dəq.

 

“Kəpəz”
96. İqor Rodriqes
7. Ehtiram Şahverdiyev
14. Elçin Əlicanov
8. Elmir Tağıyev
(91. Latir Fal, 46)
88. Şakir Seyidov
22. Rüfət Əhmədov
(24. Olavale Onanuqa, 46)
15. Cavad Kərimov
(3. Vurğun Hüseynov, 83)
25. Georgi Papunaşvili
9. Mate Kvirkviya
(11. Elnur Cəfərov, 90+1)
78. Yeqor Xvalko (k)
21. Martins Junior
(10. Tural Rzayev, 87)

Ehtiyat oyunçular:

1. Vladislav Vasilyuçek
12. Kamran İbrahimov
99. Əli Səmədov
20. Mahir Həsənov
6. Nemət Musayev
26. Adama Niane

Baş məşqçi: Adil Şükürov

 

“Sumqayıt”
1. Mehdi Cənnətov
7. Rövlan Muradov
17. Murad Xaçayev
8. Səbuhi Abdullazadə
19. Roi Kehat
11. Kasimir Ninqa
(9. Erik Sorqa, 52)
58. Oktavio Manteka
(20. Ayxan Süleymanlı, 52)
12. Abu Dosso
(60. Tresor Mossi, 41)
4. İsa Suliman
10. Kamran Aliev
71. Masaki Murata

Ehtiyat oyunçular:

15. Orxan Sadıqlı
36. Xəyal Fərzullayev
6. Vüqar Mustafayev
30. Kamran Quliyev
35. Sənan Muradlı

Baş məşqçi: Samir Abasov

 

Misli Premyer Liqasında 17-ci tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Kəpəz"in qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qeyd edək ki, komandamız növbəti turda "Səbail"i qəbul edəcək. Dekabrın 23-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 18:30-da start veriləcək.

 

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Bilirdik ki, burda bizim üçün çətin olacaq. Futbolçular süni örtükdə əziyyət çəkdilər. Həm biz, həm də rəqib təzyiq edirdi. Oyun üslubumuza sadiq qalaraq mövqe hücumlarına çıxırdıq. Məni üzən buraxdığımız qoldur. Həmin ərəfədə rəqibin təzyiqi var idi. Təəssüf ki, qarşısını ala bilmədik. Futbolçularla danışılası çox şey var. Kubokdan əlavə bir oyunumuz qalıb. Zədəli oyunçularımız yavaş-yavaş qayıdır. Bu, sevindirici haldır. Hamısı tam şəkildə sıralarımıza dönsə, daha da yaxşı olacağıq. Uzun yol gəlib bizi dəstəksiz qoymayan azarkeşlərimizə də təşəkkür edirəm".