×

Universal Group ASC

Universal Group ASC
Universal Group ASC inşaat sektorunda 1998–ci ildən fəaliyyət göstərir. Şirkət inşaat bazarı və neft qaz sənayesində istifadə olunan materialların satışı ilə məşğul olaraq, müştərilərinə sənaye avadanlıqları və onların ehtiyat hissələri, şəxsi təhlükəsizlik avadanlıqları, qaldırıcı təhlükəsizlik avadanlıqları və onların ehtiyat hissələri, qazma və ümumi istifadə alətləri, əl alətləri (inşaat və avtomobil sahəsi), elektrik alətləri, elektrikli ölçü alətləri, kimyəvi maddələr, abraziv materiallar, qaynaq materialları və s. kimi mal və xidmətlərin geniş portfelini təklif edir. Şirkət Azərbaycanda rəsmi nümayəndəlik təcrübəsini illərdir davam etdirir. Bu çərçivədə təmsil etdiyi Bosch, Magmaweld, ESAB, Hazet, Force, Beta, Telwin, Clipper, Mosa, Netlift, Stanley, Çağsan, Norton-Saint Gobain, Honda Generators, Hioki, 3M, Chicago Pneumatic, Genpower, Rothenberger, Norton, Özaylar, Yıldız, Klingspor, Uniflex, Interflex, Soudal, Bostik, Elkay, Grabond və s. kimi dünya və Azərbaycan bazarında öz sözünü demiş, istifadəçilərin müsbət rəyini qazanmış şirkətlərin təcrübəsini yerli istehlakçılarla qürurla paylaşır. O cümlədən Universal Group ASC Azərbaycan və Gürcüstanda aparıcı yerli və beynəlxalq şirkətlərin etibarlı tərəfdaşıdır. Ünvan: Ziya Bünyadov 2075, Nərimanov rayonu, Bakı şəhəri Tel: (+99412) 447 00 44 Mob: (+99451) 555 05 55 universal-az.com info@universal-az.com