×

Samir Abasov

Vəzifə Baş məşqçi
Doğum tarixi 1978-02-01

“Sumqayıt” Futbol Klubunun baş məşqçisi Samir Abasov 1 fevral 1978-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. Uşaq yaşlarından futbolla məşğul olan Abasovun ilk peşəkar klubu Sumqayıt “Xəzər”i (1994-1995) olub. Daha sonralar “Viləş” (1996-1997), “Neftqaz” (1998-1999), “Şəfa” (1999-2001), “Şahdağ” (2002), “Neftçi” (2003-2004), “Qarabağ” (2004-2005, 2006-2007, 2010-2011), “Karvan” (2005-2006), “İnter” (2007-2010), “Sumqayıt” (2011-2014) klublarında forma geyinib. Futbolçu kimi mərkəz və cinah müdafiəçisi, eləcə də dayaq yarımmüdafiəçisi mövqelərində çıxış edən 45 yaşlı mütəxəssis karyerası ərzində 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. O, həmçinin 46 dəfə Azərbaycan milli komandasının formasını geyinib.

 

2014-cü ildə futbolçu karyerasını başa vurub və məqçiliyə başlayıb. PRO kateqoriyalı məşqçi karyerası ərzində 3 klubu - “Sumqayıt” (2015-2018), “Zirə” (2018-2019) və “Neftçi”ni (2020-2022) çalışdırıb. Abasov “Neftçi” ilə 2020/2021-ci il mövsümündə "Neftçi"ni Azərbaycan çempionu edib. O, 2022-ci il sentyabrın 26-dan etibarən yenidən "Sumqayıt" FK-nın baş məşqçisi təyin edilib.

 

Futbolçu kimi, 2011-2014-cü illər ərzində “Sumqayıt” FK-da çıxış etmiş Samir Abasov komandamızın heyətində ümumilikdə 82 oyunda meydana çıxıb və rəqib qapılarından 3 top keçirib.