×

Mübariz Orucov

Vəzifə Köməkçi məşqçi
Doğum tarixi 1974-04-27

“Sumqayıt” Futbol Klubunun köməkçi məşqçisi Orucov Mübariz 27 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. 48 yaşlı mütəxəssis karyerası ərzində “Xəzər” Sumqayıt, “Masallı”, “Şəmkir”, “Qarabağ” və “Karvan”ın şərəfini qoruyub. Futbolçu kimi cinah yarımmüdafiəçisi, eləcə də pleymeyker çıxış edən Orucov “Şəmkir”də 2 dəfə Azərbaycan çempionu, 1 dəfə də “Qarabağ”la Azərbaycan kubokunu qazanıb. “Xəzər” Sumqayıtla 2 dəfə gümüş medallara yiyələnib. Məşqçilik karyerasına “Qarabağ”ın akademiyasında başlayan "A" kateqoriyalı mütəxəssis “Sumqayıt”, “Neftçi”, U-17 və U-19  milli komandalarımızda köməkçi məşqçi kimi çalışıb.