12/01/2022

“Sumqayıt” FK Türkiyəyə yola düşüb


“Sumqayıt” Futbol Klubu çempionatın ikinci yarısına hazırlıq məqsədi ilə bu gün Türkiyənin Antalya şəhərinə yola düşüb. Yanvarın 12-dən 23-dək Lara bölgəsindəki “Aska Resort” otelində məskunlaşacaq olan komandamız 16, 19 və 22 yanvar tarixlərində 3 yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi barədə klubumuzun rəsmi media hesablarında məlumat veriləcək.