09/05/2022

"Sumqayıt" FK "Şamaxı" üzərində qələbə qazanıb


Azərbaycan Premyer Liqası, 26-cı tur
"Sumqayıt" - "Şamaxı" 2:0
9 may 2022. Saat 17:30. “Kapital Bank Arena”, 800 tamaşaçı
Baş hakim:
Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Tərlan Əhmədli, 80 (qeyri-idman hərəkəti); Andrey Popoviç, 90+2 (oyunun bərpasının ləngidilməsi) // Pərviz Azadov, 65 (qeyri-idman hərəkəti); Sadio Tounkara, 80 (qeyri-idman hərəkəti)
Qollar: Əli Qurbani, 31, 78
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

“Sumqayıt”
23. Andrey Popoviç
3. Vurğun Hüseynov (k)
18. Süleyman Əhmədov
17. Murad Xaçayev
(15. Vüqar Bəybalayev, 86)
6. Vüqar Mustafayev
9. Əli Qurbani
2. Dmitro Nağıyev
4. Höccət Haqverdi
78. Araz Abdullayev
(11. Rüfət Abdullazadə, 70)
91. Anatoli Nuriyev
(24. Elşən Abdullayev, 77)
8. Səbuhi Abdullazadə

Ehtiyat oyunçular:
13. Aydın Bayramov
1. Tərlan Əhmədli
14. Elvin Bədəlov
60. Elvin Məmmədov
33. Eltun Turabov
74. Yusif Nəbiyev
20. Ayxan Süleymanlı

Baş məşqçi: Aleksey Baqa

“Şamaxı”
1. Stanislav Namaşko
7. Rəhman Hacıyev
4. Şəhriyar Əliyev (k)
5. Kərim Diniyev
99. Rafael Məhərrəmli
11. Sadio Tounkara
77. Merab Qiqauri
72. Aldair Neto
(13. Pərviz Azadov, 64)
10. Felipe Santos
(50. Samir Abdullayev, 79)
9. Natan Oduva
(29. Amil Yunanov, 72)
22. Elçin Mustafayev

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
3. Tərlan Quliyev
8. Tural Axundov
19. Fəhmin Muradbəyli
6. Franko Flores
14. Turan Vəlizadə
88. Fuad Bayramov
95. Rəhman Daşdəmirov

Baş məşqçi: Rüstəm Əliyev

Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilib. "Sumqayıt" FK bu tur "Kapital Bank Arena"da "Şamaxı"nı qəbul edib. Aleksey Baqanın yetirmələri Əli Qurbaninin dublu ilə rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandamız növbəti oyununu 16-cı turdan təxirə salınmış matçda "Qarabağ"a qarşı keçirəcək. Mayın 12-də "Azersun Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

Aleksey Baqa ("Sumqayıt" FK-nın baş məşqçisi): "Nəhayət ki, mən də komandamı təbrik edə bilərəm. Bu gün azarkeşlərimizin fantastik dəstəyi var idi. Hava şəraitinə baxmayaraq onlar bizə sona qədər dəstək oldu. Səbr edib, öz üzərimizdə işləyərək, inanaraq işimizin bəhrəsini gördük. Hamını təbrik edirəm".