15/08/2020

“Sumqayıt” FK Kərəm Sultanovla müqavilə imzalayıb


2020/2021 mövsümü üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK daha vir futbolçunun keçidini reallaşdırıb. Belə ki, son mövsümü Aktau “Kaspi”sində keçirmiş futbolçu Kərəm Sultanovla 1+1 illik müqavilə imzalanıb. 24 yaşlı müdafiəçi komandamızda “4” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Qazaxıstanın “Ordabaşı” klubunun yetirməsi olan Kərəm Sultanov 2016-cı ilə qədər adıçəkilən komandanın əvəzedicilərində çıxış edib. Sultanov son klubu olan “Kaspi”dən öncə isə “Kızıl-Jar” (24 oyun) klubunun uğurları üçün çalışıb.