02/10/2022

"Sumqayıt" FK "Kəpəz"lə heç-heçə edib


Misli Premyer Liqası, 8-ci tur
"Sumqayıt" - "Kəpəz" 0:0
2 oktyabr 2022. Saat 18:00. “Kapital Bank Arena”, 1430 tamaşaçı
Baş hakim:
Kamal Umudlu
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Müslüm Əliyev
Dördüncü hakim: Əli Əliyev
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Stiven Pereyra, 68 (qeyri-idman hərəkəti) // Peyman Keşavarzi, 30 (qeyri-idman hərəkəti); Mate Kvirkviya, 35 (qeyri-idman hərəkəti); Tural Rzayev, 59 (qeyri-idman hərəkəti); Giorgi Kantariya, 87 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Qolla nəticələnməyən penalti: Giorgi Kantariya, 45
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

“Sumqayıt”
13. Aydın Bayramov
3. Vurğun Hüseynov (k)
6. Vüqar Mustafayev
14. Elvin Bədəlov
10. Vüsal İsgəndərli
(7. Araz Abdullayev, 81)
17. Murad Xaçayev
(23. Rifat Nurmuqamet, 64)
18. Süleyman Əhmədov
11. Rüfət Abdullazadə
(30. Filipe Çabi, 64)
8. Səbuhi Abdullazadə
5. Stiven Pereyra
12. Todor Todoroski

Ehtiyat oyunçular:
25. İlnur Valiev
36. Xəyal Fərzullayev
15. Vüqar Bəybalayev
24. Elşən Abdullayev
55. İbrahim Əliyev
20. Ayxan Süleymanlı
21. Nihad Əhmədzadə
22. Damian Daniçiç

Baş məşqçi: Samir Abasov

“Kəpəz”
68. Orxan Sadıqlı
80. Tural Rzayev
(70. Nicat Süleymanov, 77)
74. Yusif Nəbiyev
10. Əli Səmədov (k)
14. Elçin Əlicanov
2. Zamiq Əliyev
5. Peyman Keşavarzi
40. Ahmed Ayzaya
(8. Tural Axundov,85)
9. Mate Kvirkviya
(24. Mixeil Erqemlidze, 88)
7. Giorgi Kantariya
19. Abdullahi Şuaybu

Ehtiyat oyunçular:
12. Kamran İbrahimov
1. Müşviq Nadirov
32. Elvin Yunuszadə
77. Fərid Nəbiyev
97. Nicat Məmmədov
20. Mahir Həsənov
78. Yeqor Xvalko

Baş məşqçi: Tərlan Əhmədov

Misli Premyer Liqasında 8-ci tura yekun vurulub. "Sumqayıt" FK bu tur "Kapital Bank Arena"da Gəncənin "Kəpəz" komandasını qəbul edib. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb (0:0).
Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Səbail"in qonağı olacaq. 8 oktyabr tarixində "ASCO Arena"da keçiriləcək qarşılaşmaya saat 17:00-da start veriləcək.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Oyuna baxanda, üstünlük zaman-zaman hər iki tərəfdə olurdu. Qarşılaşmanın gedişində həm qalib gələ, həm də məğlub ola bilərdik. Heç 10 gün deyil birlikdəyik. İşimiz çoxdur. İnşallah, bunun öhdəsindən gəlməyə çalışacağıq. Gözləntilərin böyük olduğunu başa düşürəm. Hər şey anidən dəyişəsi deyil. Buna vaxt lazımdır. Futbolçularıma əzmkarlıqlarına və sona qədər döyüşdüklərinə görə təşəkkür edirəm".